Naxçıvan-Məşhəd qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək

  • By admin
  • 01 Mart 2017 10:02

meshed

Martın 2-dən Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək. Dəyişiklik qatarın Naxçıvandan yola düşmə və Naxçıvana çatma vaxtlarına şamil ediləcək.

Bu barədə Gununsesi.info-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı il ərzində, həftədə bir dəfə Naxçıvandan həftənin cümə axşamı Bakı vaxtı ilə saat 06:44-də (əvvəl saat 06:54-də yola düşürdü) yola düşəcək. Qatar həftənin cümə günü saat 13:15-də (Tehran vaxtı ilə) Məşhəd stansiyasına çatacaq. Elə həmin gün saat 20:15-də Məşhəddən yola düşən qatar həftənin bazar günü saat 04:36-da (əvvəl 04:26-da çatırdı) Naxçıvana çatacaq.

Naxçıvan-Məşhəd- Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəli

№ 15/16

Naxçıvan-Məşhəd

S ü r ə t

qatarı

(«ADY» QSC məxsus)

№ 16/15

Məşhəd -Naxçıvan

Yolda olma vaxtı:

31 saat 01dəq

Yolda olma vaxtı:

31 saat 51dəq

Çatma Daya-nacaq Yola düşmə Aralıq məntəqələr Məsafə

km

kod Çatma Daya-nacaq Yola düşmə
«Azərbaycan Dəmir Yolları» QSC

(Bakı vaxtı ilə)

6-44 Naxçıvan 0 550803 4-36
7-02 Qara Börk 11 550822 4-18
7-17 Nehrəm 21 550841 4-03
7-38 Dərəşam 35 550875 3-42
7-59 20 8-19 Culfa-Azərb. 45 550004 3-01 20 3-21
İran Dəmir Yolu

(Tehran vaxtı ilə)

8-14 120 10-14 Culfa-İran 50 0-06 120 2-06
12-50 50 13-40 Təbriz 196 20-45 50 21-35
15-49 5 15-54 Marağeh 325 17-57 5 18-02
21-16 10 21-26 Zəncan 617 12-15 20 12-35
1-26 40 2-06 Tehran 932 7-33 35 8-08
7-27 10 7-37 Şahrud 1361 1-55 10 2-05
13-15 Məşhəd 1858 20-15

Qeyd edək ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixdən etibarən qatar hərəkətə başlayıb. Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edir.

Gununsesi.info