Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri , general-leytenant Vəli Əsgərov həbsdə vəfat edib

Naxçıvanın həbsdə olan sabiq milli təhlükəsizlik naziri dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, keçmiş nazir, general-leytenant Vəli Əsgərov bu gecə həbsdə vəfat edib.

HTML tutorial

Qeyd edək ki, sabiq nazir Eldar Mahmudov və onun dəstəsinin ifşasından sonra Vəli Əsgərov da 14 il müddətinə həbs edilib.

Sabiq nazir vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda, qulluq mövqeyindən sui-istifadə etməkdə, telefon danışıqlarını qanunsuz dinləmədə və digər cinayətlərdə ittiham olunurdu.

Onu da qeyd edək ki, Vəli Əsgərov Naxçıvanda milli təhlükəsizlik naziri olduğu dövrdə vətəndaşlara qarşı xüsusi qəddarlığı ilə seçilib. Belə ki, Naxçıvan MTN tərəfindən həbs edilən onlarla vətəndaş bu qurumda ağır işgəncələrə məruz qalıb
Vəli Əsgərov 15 il Naxçıvan Muxtar Respublikasının Milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.

Gununsesi.info