Naxçıvan Ombudsmanı Şahbuzdakı mina partlayışına münasibət açıqlayıb

  • By ilhame
  • 13 Avqust 2024 21:30

Beynəlxalq ictimaiyyət dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi istiqamətində Ermənistana təsir göstərməli, bu ölkənin mina terroruna səssiz qalmamalıdır.

 

Gununsesi.info-ya bunu Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva bildirib.

 

O deyib ki, Ermənistanın vaxtilə basdırdığı minalar mülki şəxslərin həyatına təhlükə yaratmaqda davam edir:

 

“Növbəti belə hadisə avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş “Qanlıgöl” yaylağı adlanan ərazisində baş verib. Hadisə nəticəsində Şərur rayon sakini 2005-ci il təvəllüdlü Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsi sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına ciddi maneə törədir”.

Gununsesi.info