Naxçıvan Səhiyyə Nazirliyində yeni təyinat

Naxçıvan Səhiyyə Nazirliyinə Aparat rəhbəri təyin olunub.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov əmr imzalayıb.

Əmrə əsasən, Məmmədov Vüsal Ələkbər oğlu nazirliyin Aparat rəhbəri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Vüsal Məmmədov bundan öncə ardıcıl olaraq Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi PHŞ-nin İcbari tibbi sığorta işinin təşkili və qeydiyyatı şöbəsinin müdiri, “Naxçıvansığorta” ASC-nin İdarə Heyətinin üzvü, Naxçıvan Gənclər və İdman Nazirliyində nazir köməkçisi vəzifələrində çalışıb.

 

 

Gununsesi.info