“Naxçıvan Sığorta”nın rəhbərliyinə təyinatlar olub

  • By admin
  • 28 Mart 2023 09:44

“Naxçıvan Sığorta” ASC-nin Direktorlar Şurasına yeni sədr təyin edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Bildirilib ki, yeni sədr Anar Cəlilovdur.

O, “Naxçıvan Sığorta”nın rəhbərliyində Əsədulla İsgəndərovu əvəz edib.

Bundan başqa, şirkətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tural Ələkbərov sədr vəzifəsinə təsdiqlənib.

Xatırladaq ki, “Naxçıvan Sığorta” 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100% “Naxçıvan Bank” ASC-dir.

Gununsesi.info