
Gununsesi.info-nun xəbərinə görə bu sözləri Naxçıvandan olan deputat Qüdrət Həsənquliyev LAF TV-nin efirində deyib.
Qüdrət Həsənquliyevin sözlərinə görə, bu gün Naxçıvanda baş verən proseslər gözlənilən idi:
“Mən hələ vaxtilə Milli Məclisdə çalışırdım ki, Naxçıvan Muxtar Respublikasındakı acınacaqlı vəziyyəti dövlət diqqətinə çatdırım.
Çünki Naxçıvanda vəziyyət olduqca pis idi. Naxçıvanın bütün kəndləri demək olar ki, boşalıb. Hətta İstanbulda naxcıvanlıların ayrıca məhəlləsi var, onlar toy, xeyir-şər məclislərini artıq İstanbulda edirlər, ayrıca qəbirsanlıqları da var.
Mən Milli Məclisdən Naxçıvanın sosial iqtisadi inkişafına dair xüsusi dövlət proqramının hazırlanması barədə təklif edərkən, hökumətin diqqətinə bunu çatdırmaq istəyirdim.
Mən çalışırdım ki, bu məsələləri deyərkən Vasif Talıbovu qıcıqlandırmayım”
Gununsesi.info