Naxçıvan tamamilə boşalıb, artıq xeyir-şər məclislərini İstanbulda keçirirlər -Qüdrət Həsənquliyev

Gununsesi.info-nun xəbərinə görə bu sözləri Naxçıvandan olan deputat Qüdrət Həsənquliyev LAF TV-nin efirində deyib.

Qüdrət Həsənquliyevin sözlərinə görə, bu gün Naxçıvanda baş verən proseslər gözlənilən idi:

“Mən hələ vaxtilə Milli Məclisdə çalışırdım ki, Naxçıvan Muxtar Respublikasındakı acınacaqlı vəziyyəti dövlət diqqətinə çatdırım.

Çünki Naxçıvanda vəziyyət olduqca pis idi. Naxçıvanın bütün kəndləri demək olar ki, boşalıb. Hətta İstanbulda naxcıvanlıların ayrıca məhəlləsi var, onlar toy, xeyir-şər məclislərini artıq İstanbulda edirlər, ayrıca qəbirsanlıqları da  var.

Mən Milli Məclisdən Naxçıvanın  sosial iqtisadi inkişafına  dair xüsusi dövlət proqramının hazırlanması  barədə təklif edərkən, hökumətin diqqətinə bunu çatdırmaq istəyirdim.

Mən çalışırdım ki, bu məsələləri deyərkən Vasif Talıbovu qıcıqlandırmayım”

Gununsesi.info