Naxçıvana təyyarə reysi təxirə salındı

  • Müəllif: Firuzə
  • 19 Aprel 2026 21:06

Bakıdan Naxçıvana uçan təyyarə reysi gecikir.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, saat 18:50-də Bakıdan Naxçıvana uçmalı olan J2-251 saylı reys təxirə salınıb.

Uçuşun gecikməsinə səbəb isə hava şəraitinin əlverişsiz olmasıdır.

Uçuş saat 19:55-də həyata keçirilməsi nəzərdə tutulur.

Gununsesi.info