Naxçıvana uçan sərnişin təyyarəsi məcburən Bakıya qayıdıb

Naxçıvana uçan sərnişin təyyarəsi məcburən Bakıya qayıdıb

naxcivan

 

Bakıdan Naxçıvana uçan sərnişin təyyarəsi məcburən geri qayıdıb. Gununsesi.info-nun məlumatına görə, bu gün saat 14:50-də Bakıdan havaya qalxan təyyarə əlverişsiz hava şəraitinə görə, Naxçıvan MR hava limanına enə bilməyib. Nəticədə təyyarə Bakıya geri dönüb. Sərnişinlərə növbəti reysin nə vaxt uçacağı haqqında hələlik dəqiq məlumat olmadığı bildirilib.

Qeyd edək ki, Naxçıvanda hava limanının üzərində ildırım çaxması faktına görə enişi həyata keçirmək mümkün olmayıb.

Gülnaz Qənbərli

COMMENTS