Naxçıvana yeni nazir təyin olundu

  • By admin
  • 17 Yanvar 2023 15:37

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri işdən çıxarılıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub.

Onun yerinə artıq təyinat olub. Polkovnik Şahin Mirzəyev Naxçıvan MR fövqəladə hallar naziri təyin edilib.

Yeni naziri kollektivə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.

Gununsesi.info