“Naxçıvanbank” səhmdarlarının adını yenə gizlətdi - MƏRKƏZİ BANKIN TƏLƏBİNƏ ƏMƏL OLUNMUR+ foto

  • By admin
  • 07 Dekabr 2022 15:27

Mərkəzi Bankın tələbi var: Banklar hər il maliyyə hesabatı təqdim etməlidir. Maliyyə hesabatında bankların səhmdarları haqqında məlumat da olmalıdır. Bütün banklar hesabatda səhmdarlar haqqında məlumatı açıqlayırlar. Yeganə istisna “Naxçıvanbank” olub”.

 

Bunu Gununsesi.info-ya araşdırmaçı Allahverdi Aydın deyib.

Onun sözlərinə görə, əvvəllər “Naxçıvanbank”ın maliyyə hesbatında səhmdarların adının keçdiyi səhifə çıxarılırdı: “Məsələn, 2017-ci ilin hesabatında 5-ci, 2019-cu ilin hesabatında 8-ci səhifə olmayıb (link rəydə). Hesabat 4-cü səhifədən birbaşa 6-cı səhifəyə keçir. Ötən ilin hesabatını da bu cür açıqlamışdılar. Hesabatda 9-cü səhifə olmayıb. Ən dəhşətlisi isə odur ki, Mərkəzi Bank rəhbərliyi bunu bilə-bilə səsini çıxara bilməyib. Görünür son hadisələrdən sonra Mərkəzi Bankdakılar da cəsarətlənib. Sonuncu hesabatın 9-cü səhifəsini geri qaytara biliblər”.

Araşdırmaçı onu da vurğulayıb ki, amma, bu dəfə də səhifənin ortasında səhmdarların adının keçdiyi hissəni siliblər: “Təsəvvür edin ki, “Xalq Bank” öz hesabatında səhimdarların kim olduğunu gizlətmir. Amma, “Naxçıvanbank” mənasız şəkildə inadkarlıq edir.
Guya, “Naxçıvanbank”ın səhmdarlarının kim olduğunu bu xalq bilsə nə olacaq ki…”

 

Afət Abbasova

Gununsesi.info