Naxçıvanda 20 nəfər zəhərlənib

  • Müəllif: Firuzə
  • 05 Yanvar 2026 11:16

Bayram günlərində Naxçıvan Muxtar Respublikasında (MR) zəhərlənmə ilə bağlı 20 fakt qeydə alınıb.

Yoluxucu Xəstəliklər Mərkəzindən Gununsesi.info-ya verilən məlumata görə, qeyd olunan dövrdə ümumilikdə 20 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib.

Statistikaya əsasən, zəhərlənmə hallarından 11-i qida, 6-sı dəm qazı, 3-ü isə alkoqol mənşəli zəhərlənmə olub.

Gununsesi.info