Naxçıvanda 4 saat internet olmayacaq

  • By ilhame
  • 12 Sentyabr 2023 19:18

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi Naxçıvan şəhərində sentyabrın 13-ü saat 00:00-dan 04:00-dək təxirəsalınmaz zəruri təmir işləri həyata keçirəcək.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, təmir işləri görülən müddətdə Naxçıvan şəhərində internet və rabitə xidmətlərinin verilişində müvəqqəti fasilələr yarana bilər.

 

Gununsesi.info