Naxçıvanda bu qərar ləğv edildi

  • By admin
  • 15 Fevral 2023 20:55

Naxçıvan Muxtar Respublikasında sərnişindaşıma xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının təsdiq etdiyi qiymətlərlə müəyyən ediləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.

Belə ki, Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri”nin təsdiq edilməsi haqqında” qərarı ləğv edilib.

Gununsesi.info