Naxçıvanda dəmiryol infrastrukturu yenilənəcək

Zəngəzur dəhlizinin açılması ilə əlaqədar Naxçıvanda dəmiryol infrastrukturu yenilənməsi nəzərdə tutulur.

Gununsesi.info  xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Bu səbəbdən dəmiryol infrastrukturu yenidən qurulacaq, təhlükəsiz, sürətli və dayanıqlı daşıma xidməti təmin ediləcək.