Naxçıvan Muxtar Respublikasında nazir işləmiş daha bir nəfər həbs olunub.
Gununsesi.info xəbər verir ki, Muxtar Respublikanın sabiq daxili işlər nazirindən sonra keçmiş təhsil naziri Məmməd Qəribov haqqında da həbs qərarı verilib.
Bu barədə məlumatı Baş Prokurorluğun mətbuat xidməti də Meydan TV-yə təsdiqləyib. Amma ona qarşı hansı ittihamların irəli sürüldüyü açıqlanmayıb.
Məlumata görə, Məmməd Qəribov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə ittiham edilir.
Məmməd Qəribov 2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri vəzifəsində çalışıb. Baş Prokurorluq martın 9-da 17 il (2000-2017) Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışmış Əhməd Əhmədovun da həbs olunması xəbərini təsdiqləyib.
Gununsesi.info