Naxçıvanda daha bir yüksək vəzifəli məmur işdən azad edildi - YENİLƏNİB

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini vəzifəsindən azad edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, komitənin sədr müavini Ruslan Kəngərlinin vəzifəsindən azad edilməsi barədə müvafiq sərəncam imzalanıb.

10:39

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev ötən gün vəzifəsindən azad olunub.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifələrini müavin Qəzənfər Şıxəliyev müvəqqəti icra edir.

Gununsesi.info