Naxçıvanda ipoteka kreditlərinin maksimal məbləği artırılıb

  • By Günel
  • 03 Oktyabr 2024 19:46

Naxçıvan Muxtar Respublikasında adi ipoteka kreditlərinin maksimal məbləği 100 min manatdan 150 min manata, güzəştli ipoteka kreditlərinin maksimal məbləği isə 90 min manatdan 100 min manata çatdırılıb.

Gununsesi.info “Report” – a istinadən xəbər verir ki, bununla bağlı qərarı “Naxçıvan İpoteka Fondu” ASC yerli Nazirlər Kabinetinin verdiyi tapşırıq əsasında qəbul edib.

Məqsəd əhalinin ipoteka kreditlərinə əlçatanlığının artırılması, xüsusilə gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məbləğlərin ölkə səviyyəsinə uyğunlaşdırılmasıdır.

Gununsesi.info