Naxçıvanda etirazlara səbəb olan deputat-direktorun yerinə təyinat - FOTO

  • By admin
  • 01 Mart 2023 12:45

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinə yeni direktor təyin olunub.

Gununsesi.info xəbər verir ki, bu gün məktəbin müəllimi Tahirə Qasımova direktor vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, fevralın 1-də məktəbə yeni təyin edilən direktor Turan Məmmədli ilə müəllimlər arasında insident baş vermişdi və müəllimlər dərs saatlarının azaldılmasına şikayətlərini bildirmək məqsədi ilə dərsə girməmişdilər. İki gün sonra isə direktor vəzifəsindən azad edilmişdi.

Xatırladaq ki, Turan Məmmədli Naxçıvan Ali Məclisinin deputatıdır.