Naxçıvanda həbs edilən yüksək vəzifəli şəxslər azadlığa çıxıb

  • By ilhame
  • 14 Mart 2024 20:46

DTX-nın bir müddət öncə keçirdiyi əməliyyatla Naxçıvanda həbs edilən yüksək vəzifəli şəxslər azadlığa çıxıb.

 

Gununsesi.info-nun verdiyi məlumata görə, həbsdən buraxılanlar arasında Naxçıvan Muxtar Respublikasının sabiq maliyyə naziri Rəfael Əliyev, Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli, bu qurumun Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin keçmiş rəisi Mansur Əsgərov, Şəhərsalma və Arxitektura Komitəsinə rəhbərlik etmiş Hicran Rüstəmov da var. Onların hər biri milyonlarla manatlıq yeyintidə ittiham olunurdu.

 

Mənbənin sözlərinə görə, sabiq məmurlar azadlığa çıxsalar da, cinayət işinə xitam verilməyib. Onların həbsdə olduqları dövrdə yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini ödədikləri bildirilir.

Gununsesi.info