Naxçıvanda hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq elan edilib - FOTO

  • By Günel
  • 13 Dekabr 2024 22:03

Dekabrın 14-də Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq verilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən Gununsesi.info -ya verilən məlumata görə, narıncı xəbərdarlığa uyğun olaraq muxtar respublikanın bütün rayonlarında, eləcə də Naxçıvan şəhərində fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürəti 20,8-25 m/san təşkil edəcək.

Narıncı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka yüksək risklər gözlənilir.