Hücum təyyarələri Naxçıvanda - FOTO+VİDEO

  • By admin
  • 23 Avqust 2017 10:46

cdffe947cb50c70427e0fab14c3a4e10

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsinin SU-25 hücum təyyarələri təlim uçuşları həyata keçirib.

MN-dən Gununsesi.info-ya verilən məlumata görə, SU-25 hücum təyyarələrinə texniki baxış keçirildikdən sonra uçuşlara icazə verilib.

Təyyarələr Naxçıvan səmasında uğurlu uçuşlar həyata keçirib.

Modernizə edilmiş SU-25 hücum təyyarəsi döyüş meydanında, istənilən hava şəraitində, gecə-gündüz quru qoşunlarının bilavasitə dəstəklənməsi və müxtəlif obyektlərin məhv edilməsi üçün təyin edilib.

SU-25 hücum təyyarəsi döyüşdə sağqalma və yüksəkmüdafiəli sistemlərə malikdir. Əsas diqqət pilot kabinəsinin və yanacaq sisteminin təhlükəsizliyinə yönəldilib.

Modernizə edilmiş SU-25 hücum təyyarəsinin güclü döyüş kompleksinə müxtəlif toplar, aviabombalar, “Hava-yer” idarəolunmayan, “Hava-hava” idarəolunan raketlər daxildir.

Ümumilikdə təyyarəyə 32 növ silah quraşdırıla bilər.

“Təlim uçuşlarının müvəffəqiyyətlə aparılması bir daha göstərdi ki, Əlahiddə Ümumqoşun Ordunun digər birləşmə, hissə və bölmələri kimi aviasiya eskadrilyası da istənilən döyüş tapşırığını uğurla və qətiyyətlə yerinə yetirməyə hazırdır”, – deyə məlumatda bildirilir.

Uçuşları uğurla başa vuran heyətlərə Komandanlıq tərəfindən təşəkkür elan edilib.

ede1ee628ae84987f72175737038bdcd 67b43abe107f87122502b97ef8c3bae7 17c09e0cde7540b9a1b4648380901ff5 9a734d309d1b379ab120e4741b8068d6 5f0cdf25b0aa4d31d77430afc6b63f1e 5ccd4bab980db422adba79f1896f4c6f

Gununsesi.info