Naxçıvanda iki avtomobil toqquşdu - 2 nəfər xəsarət aldı

  • Müəllif: Firuzə
  • 15 Noyabr 2025 17:00

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralında qeydə alınıb. Hadisə zamanı “Hyundai” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub. Qəzada 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.