Naxçıvanda itkin düşən hərbçilərin kimliyi bilindi - KƏRƏM MUSTAFAYEV ONLARIN VALİDEYNİNƏ NƏ DEYİB? / ÖZƏL

  • By admin
  • 10 Aprel 2023 12:58

Naxçıvan Muxtar Respublikasında hərbi  xidmətdə olan   itkin düşən hərbçilərin kimliyi bəlli olub.

Gununsesi.info-nun xəbərinə görə, bu şəxslər Axundov Hüseyn Əhliman oğlu, digəri isə Bəbirov Aqşin Qabil oğludur.

Qeyd edək ki, Müdafiə Nazirliyinin  açıqlamasında hərbçilərimizin Şahbuz rayonu istiqamətində yoxa çıxdığı deyilir.

Gununsesi.info-nun əldə etdiyi xəbərdə isə hadisənin bəzi təfərrüatları məlum olub.

Belə ki, hər iki şəxs sadə əsgər olsa da komandir onları post yoxlamaya göndərib.

Bu göndərişdən sonra hər iki hərbçi yoxa çıxıb.

Yoxa çıxan əsgərlərin valideynləri bildirir ki, vəzifə borcları olmadığı halda iki əsgərin post yoxlamaya getməsi faktı araşdırılmalıdır.

Bundan başqa itkin düşən əsgərlərin valdeynləri  Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayevlə görüşsə də normal cavab ala bilməyib:  “Kərəm Mustafayev deyir ki,  bəlkə Mübariz İbrahimov kimi ermənilərin üstünə gediblər. Biz övladlarımızı ona əmanət etmişik. Elə bil ki, iki 18 yaşlı gənc itməyib. Soyuqqanlı şəkildə deyir ki, gedin, evinizdə oturun, bir xəbər olsa biləcəksiniz”.

 

Elmar Elnuroğlu

Gununsesi.info