Naxçıvanda müəllimlərin etirazı davam edir

Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbin müəllimlərinin etirazı davam edir.

Modern.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarından müəllimlər məktəbin qarşısına toplaşıblar. Onların heç biri dərsə girməyib.

HTML tutorial

Müəllimlər yeni təyin olunan direktor Turan Məmmədlinin məktəbdən getməyincə, dərs keçməyəcəklərini deyirlər.

Hadisə yerinə Naxçıvanın təhsil naziri Rəhman Məmmədov gəlib.

Gununsesi.info