“Bu gün Naxçıvanın Şərur rayonunda atamın adına ehsan verilib. 600-dən çox insan gəlib. Atamın ruhuna dualar oxunub. Şərur rayon rəhbərliyi də mərasimdə iştirak edib.”
Gununsesi.info-nun xəbərinə görə, bunu Türkiyədə yaşayan Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov sosial şəbəkədə yazıb:
“Şərurun Mərkəzi məscidində axundun iştirakı ilə atamın ruhuna namaz qılınıb. Bu mərasimi kimin və ya kimlərin təşkil etdiyini bilmirəm. Bu səbəbdən deyirəm: Tanımadığım, adlarını bilmədiyim həmvətənlilərim! Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə təşəkkür edirəm. Allah ehsanınızı, etdiyiniz duaları qəbul etsin. Ehsanın verilməsində yardımını əsirgəməyən hər bir kəsə minnətdaram. Sağ olasınız!”
Şəbnəm
Gununsesi.info