Naxçıvanda orta aylıq əməkhaqqı ARTDI

2022-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 595,6 manata çatdırılıb.

Gununsesi.info bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verib.

HTML tutorial

Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,4 % çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,3 % artaraq 829 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3 485,5 manat, qeyri neft-qaz sektorunda 778,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 780,1 manat, özəl müəssisələrdə isə 884,5 manat olub.

Gununsesi.info