Naxçıvanda qarın hündürlüyü 37 sm-ya çatdı

  • By Admin2
  • 10 Yanvar 2026 13:51

Naxçıvanın Biçənək kəndində qar örtüyünün hündürlüyü 37 sm-ə çatıb.

Bu barədə Gununsesi.info-ya Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Belə ki, Biçənək kəndində səhər saat zəif qar yağışı yenidən başlayıb. Təzə yağan qarın hündürlüyü 2 sm, ümumi qar örtüyünün qalınlığı isə 37 sm təşkil edir.

Həmçinin gecə saatlarından Parağaçay Qar Uçqunu Stansiyasına qar yağır, qarın hündürlüyü 3 sm təşkil edir.

Qeyd olunub ki, Kükü kəndində qar yağışı dayanıb. Burada təzə qarın hündürlüyü 8 sm, ümumi qar örtüyünün qalınlığı isə 25 sm-ə çatıb.

Gununsesi.info