Naxçıvanda Qars müqaviləsinin 100 illiyi qeyd olunub

  • By admin
  • 28 Oktyabr 2021 21:44

Naxçıvanda Qars müqaviləsinin 100 illik yubileyi qeyd olunub.

“Qars müqaviləsindən 100 il sonra – 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi iki dost və qardaş ölkənin Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdi”,– deyən Ali Məclisin Sədri Vasif Talıbov bildirib  ki, Şuşa Bəyannaməsi Qars müqaviləsinin məntiqi davamı olmaqla Cənubi Qafqazda münasibətlərin yeni istiqamətdə inkişafının əsasını qoyub.

Vasif Talıbov daha sonra əlavə edib:
”Bu gün istisnasız olaraq qeyd etməliyik ki, həm Qars müqaviləsi, həm də Şuşa bəyannaməsi regionda sülhə, sabitliyə və əməkdaşlığa təminat verən mühüm tarixi-hüquqi sənədlərdir”.

Röya
Gununsesi.info