Naxçıvanda tələbəni avtomobil vurub

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin “Mikrorayon” adlanan ərazisində qeydə alınıb.

Belə ki, yolu keçən 2004-cü il təvəllüdlü, Ordubad rayon Gənzə kənd sakini, Naxçıvan Universitetinin tələbəsi Həsənova Hökümə Şəhrud qızını avtomobil vurub. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənin vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info