Naxçıvanda Talıbovlara məxsus qızıl mağazaları BAĞLANDI

Naxçıvan Muxtar Respublikasında Vasif Talıbovun ailə üzvlərinə məxsus qızıl mağazaları bağlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Musavat.com-a Naxçıvandakı mənbələr məlumat verib.

Məlumata görə, Ali Məclisin sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus qızıl-zinət əşyaları satılan 2 mağaza bir neçə gündür bağlanıb. Artıq mağazaların reklam lövhələri də yığışdırılıb.

Xatırladaq ki, son günlər Naxçıvanda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən əməliyyatlar keçirildiyi, bir çox rəsmi qurumlarda xüsusi ilə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi fakatlarının ortaya çıxması ilə bağlı xəbərlər var.

Gununsesi.info