Naxçıvanda xüsusi münbit biznes mühiti yaradılıb

  • By ilhame
  • 05 Dekabr 2023 20:35

“Naxçıvan Muxtar Respublikasında xüsusi münbit biznes mühiti yaradılıb. Sahibkarlara təyin olunmuş imtiyazlar var. Əlverişli biznes mühitində özəl tibbi sektorun inkişafı məqsədəuyğundur”.

Gununsesi.info  xəbər verir ki, bu fikirləri Özəl Tibb Müəssisələri Assosiasiyası İctimai Birliyinin Sədri Günel Əliyeva jurnalistlərə açıqalmasında deyib.

“Biz tibb müəssissələri assosiasiyası adından problemlərin aradan qaldırılmasında dövlət-özəl sektor tərəfdaşlığının təmin olunması üçün ələmizdən gələn dəstəyi əsirgəməyəcəyik, özəl tibb sektorunun Naxçıvanda da inkişaf etməsinə kömək edəcəyik”, – G.Əliyeva qeyd edib.

Gununsesi.info