Naxçıvanda yaşayış binasında baş vermiş yanğının səbəbi açıqlandı -VİDEO/YENİLƏNDİ

Naxçıvanda yaşayış binasında baş verən yanğının səbəbi açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və media ilə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

“Qısaqapanmadan alışma baş verib. Yanğın məhdudlaşdırılıb. Soyutma işləri aparılır. Təhlükəsizliklə bağlı polis və aidiyyəti dövlət qurumları tərəfindən tədbirlər görülür”, – deyə o bildirib.

16:42

Naxçıvan şəhərində altımərtəbəli yaşayış binası yanır.

Gununsesi.info xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Yanğın şəhərin 3-cü mikrorayon ərazisində, Naxçıvan Universitetinin yaxınlığında baş verib.

Əraziyə yanğınsöndürənlər cəlb olunub.

Gununsesi.info