Naxçıvandan birbaşa İrəvan və Zəngəzura… – Ermənilərin yeni qorxusu

Azərbaycan Naxçıvan istiqamətindən İrəvana və Zəngəzura birbaşa nəzarət edir.
Gununsesi.info  xəbər verir ki, qorxu dolu iddia ilə polkovnik, “Tiqran Mets” hərbi məktəbin təsisçisi Koryun Qumaşyan çıxış edib.
O, 1990-cı illərdə müdafiə naziri olan Vazgen Sarkisyanın tapşırığı ilə Naxçıvan istiqamətindəki strateji yüksəklikləri işğal etdiklərini deyir: “Lakin Azərbaycan bu strateji yüksəkliklərə nəzarəti bərpa edib. Bu Azərbaycana imkan verir ki, Naxçıvan sərhədindən Ermənistanı ovucunun içində hiss etsin. Hazırda strateji liderlik onların əlindədir. Azərbaycan məhz bu istiqamətdən istənilən vaxt Zəngəzurdakı yolları bağlaya, bölgəni Ermənistanın qalan hisəsindən təcrid edə bilər”.
K.Qumaşyan Zəngəzur bölgəsində alternativ yollarının olması ilə bağlı iddianın doğru olmadığını bildirib:
“Alternativ yolumuz olduğu iddiası da yalandır, çünki bütün yollar Azərbaycanın nəzarəti altındakı bölgələrdən keçir”

Gununsesi.info