Naxçıvandan Türkiyəyə 12 TIR yola salındı

  • By admin
  • 08 Fevral 2023 21:08

Zəlzələdən əziyyət çəkən qardaşlarımıza dəstək məqsədilə bu gün Naxçıvandan ilkin olaraq 12 TIR yola salınıb.

Gununsesi.info xəbər verir ki, daha bir neçə humanitar yardımdan ibarət TIR-ın yola salınması istiqamətində hazırlıq işləri görülür.

Humanitar yardım muxtar respublika sakinləri və Əlahiddə Ümumqoşun ordu tərəfindən təşkil edilib.

Gununsesi.info