Naxçıvanın Daxili İşlər Nazirliyi ləğv olundu - MƏŞHUR NEHRƏMLİ İSƏ MUXTAR RESPUBLİKAYA RƏİS GÖNDƏRİLDİ

  • By admin
  • 27 Dekabr 2022 22:06

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi ləğv olunub.

Gununsesi.info bildirir ki, bu barədə AzPolitika.info yazıb.

Məlumata görə, ləğv olunmuş nazirliyin əvəzində  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası  üzrə Baş İdarəsi yaradılıb.

İdarəyə rəis isə məşhur nehrəmli kimi tanınan  Suraxanı rayon Polis İdarəsinin rəisi Süleyman Nemətov təyin olunub.

Qeyd edək ki, Süleyman Nemətov əslən Nehrəm kəndindəndir. O, kütləvi aksiyalarda fəallığına görə məşhurlaşıb.

Günay

Gununsesi.info