
Hələ bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədovun Ali Məclis sədri Vasif Talıbovun qəzəbinə tuş gəlməsi barədə xəbər vermişdik. Qeyd edək ki, Gununsesi.info-nun bununla bağlı xəbərində Əhməd Əhmədovun məzuniyyətə göndərildiyi, fəaliyyətinin yoxlanıldığı bildirilirdi. O da qeyd edilmişdi ki, Əhməd Əhmədova yaxınlığı ilə seçilən daxili qoşunların komandanı da tutduğu vəzifədən azad edilərək, milli orduya göndərilib.
Gununsesi.info-nu bilgiləndirən mənbəmiz Əhməd Əhmədovun artıq vəzifəsindən rəsmən azad edildiyini deyib. Onun səlahiyyətlərini müavini Səbuhi Novruzova verilib. Nazirin səalhiyyətlərini icra edən S.Novruzov Vasif Talıbovun yaxın qohumudur.
Gununsesi.info