Naxçıvanın mərkəzi hakimiyyətə ciddi tabe olması vacib və zəruridir - SƏRDAR CƏLALOĞLU

  • By admin
  • 07 Noyabr 2022 09:42

ADP sədri Sərdar Cəlaloğlu son zamanlar Naxçıvaın muxtar statusunun ləğvi barədə müzakirələrə münasibət bildirib.

Gununsesi.info bildirir ki, ADP sədri Naxçıvanın uzun illər blokadada olduğunu xatırladıb və əlavə edib:
“Orada fərqli idarəçilik, prinsiplər var. Məsələn, Naxçıvandan Azərbaycana gələrkən gömrük xidməti təşkil edilib. Eləcə də Naxçıvanın özünün dövlət təhlükəsizliyi (artıq ləğv olundu), daxili işlər və digər nazirlikləri var. Bu da muxtar respublikadan daha çox Azərbaycanla konfederativ əlaqələri olan dövlət statusu kimi görünürdü. Açığı, mənə görə, bunun özü təhlükəlidir. Ermənilərin Naxçıvana iddiası fonunda bu, mərkəzi hökumətin zəifliyindən, təhlükələrdən, nəzəri baxımından başqa qüvvələrin əlinə keçə bilməsi imkanından xəbər verirdi. Ermənilərin Naxçıvana iddiası, təhlükəli oyunlar oynaması bu baxımdan diqqətə alınmalıdır. Odur ki, belə bir vaxtda Naxçıvanın mərkəzi hakimiyyətə ciddi tabe olması vacib və zəruridir”.

Gununsesi.info