
Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib.
“Unikal.org”un əldə etdiyi məlumata görə, Ə.Əhmədov mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.
Gununsesi.info bildirir ki, Ə.Əhmədovun hələ ötən həftə Bakıda həbs edildiyi barədə məlumat yayılmışdı. Naxçıvandan gələn heyət onu yaşadığı mənzildə həbs edərək aparmışdı.
Gununsesi.info