Naxçıvanla əlaqə Azərbaycan üçün milli təhlükəsizlik baxımından vacibdir

“Azərbaycanın hər iki tərəfi – Azərbaycan və Naxçıvan arasında əlaqə bizim üçün milli təhlükəsizlik baxımından, həmçinin Orta dəhliz üçün alternativ marşrutun təmin edilməsi baxımından çox vacibdir”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Guardian”a müsahibəsində deyib.

“Biz daha çox vaxt itirə bilmərik. Üç il keçib, amma Ermənistan hələ də 42 km-lik yolun texniki-iqtisadi qiymətləndirməsinə başlamayıb. Təbii ki, biz Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə məcbur edə bilmərik və bu dəhlizi güc və ya bu kimi üsullarla təmin etmək üçün işğal edəcəyimizlə bağlı fikirlər cəfəngiyatdır. Biz B planı olaraq İran ərazisi vasitəsilə dəmir yolu və avtomobil yolu ilə əlaqə qurmaq üçün İrana müraciət etdik”, – azərbaycanlı rəsmi bildirib.

Onun sözlərinə görə, alternativ marşrutun mövcudluğu Ermənistanı öz ərzisindən keçən dəhlizə müqavimət göstərməklə nələr itirə biləcəyini anlamağa kömək edə bilər.

 

 

Gununsesi.info