Milli Məclisin bu gün keçirilən iclasında Naxçıvandan seçilən deputat Siyavuş Novruzov keçirilən anti-korrupsiya əməliyyatlarından danışıb.
Gununsesi.info-nun xəbərinə görə, deputat muxtar respublikada baş verənlərin ətrafında siyasi diskussiyaların aparılmasının əleyhinə olduğunu deyib.
“ Cənab Prezident İlham Əliyev nəyi nə zaman etmək lazım olduğunu yaxşı bilir. Ermənilərin və digərlərinin öyrətdikləri gəlib Naxçıvan haqqında danışır. Digər rayonlarda da əməliyyat işləri aparılır, tutulanlar olur. Naxçıvanlılar da azərbaycanlıdır”. Böyütməyə ehtiyac yoxdur. Naxçıvanla bağlı siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur. Hüquq mühafizə orqanları digər rayonlarda da yoxlanışlar edir, Naxçıvanda da nazirliklər yoxlanıldı. Ölkədə korrupsiya harada varsa, orada yoxlanışlar olur”.
Gununsesi.info