Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə baş verən insidentdən sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, təhsil naziri məktəbdə yaranan narazılıqla bağlı açıqlama verib:
“12 nömrəli tam orta məktəb Naxçıvan Muxtar Respublikasının ən öndə gedən məktəblərindən biridir və burada nüfuzlu müəllimlər çalışır. Məktəbin nəticələri də uğurludur. Ötən tədris ilində məktəb 71 faizdən çox qəbul verib və məktəbi qızıl medalla bitirən məzunlar olub. Bu da burada çalışan kollektivin əməyinin nəticəsidir.
Sadəcə, direktorla məktəb kollektivi arasında anlaşılmazlıq olub. Dünən və bu gün burada xüsusi komissiya ilə iclas keçirdik və komissiyaya tərəfindən bir daha təhlillər aparıldı. İndi yekun protokollar hazırlanır və gün ərzində qərar veriləcək”.
09:12
Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbin müəllimlərinin etirazı davam edir.
APA xəbər verir ki, bu gün səhər saatlarından müəllimlər məktəbin qarşısına toplaşıblar.
Onların heç biri dərsə girməyib.
Müəllimlər yeni təyin olunan direktor Turan Məmmədli məktəbdən getməyincə dərs keçməyəcəklərini deyirlər.
Hadisə yerinə Naxçıvan MR-in təhsil naziri Rəhman Məmmədov gəlib.
00:57
Naxçıvanda 12 nömrəli məktəbə yeni təyinat alan direktorla müəllimlər arasında insident baş verib.
Belə ki, müəllimlər dərs saatlarının azaldılmasına şikayətlərini bildirmək məqsədi ilə dərsə girməyiblər.
Məktəbin direktoru Turan Məmmədli bildirib ki, bu vaxta kimi sözügedən məktəbdə Təsviri incəsənət fənnini biologiya müəllimləri tədris edib və yeni müəllimin dərs saatlarını nizamlamaq məqsədi ilə digər müəllimlərin qrafikində müəyyən dəyişikliklər edilib:
“Burada müəllimlər qruplaşma yaradıblar. Bunun səbəbi mənim dərsə davamiyyət, şagirdlər üzərində nəzarət və s. tələblər qoymağımdır”.
Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib.
Daha ətraflı Baku TV-nin süjetində: