Naz evlilik proqramını birdəfəlik tərk etdi - VİDEO

  • By admin
  • 01 Aprel 2017 00:12

naz evlilik

“Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç verilişində yer alan azərbaycanlı gəlin Naz Mila proqramı birdəfəlik tərk edib.

Gununsesi.info axsam.az-a istinadən xəbər veri ki, ötən gün verilişdə Kubilay adlı gənc Nagihan adlı iştirakçıya evlilik təklifi edib və “Hə” cavabı alıb.

Canlı yayımda romantik keçən evlilik təklifindən təsirlənən Naz göz yaşlarına hakim ola bilməyib. Mila belə bir təklifin ona da edilməsini arzulayıb.

Daha sonra azərbaycanlı gəlin aparıcıdan Əlinin yeni görüşdüyü Qamze adlı qızla münasibətlərinin hansı yerdə olduğunu soruşub.

Aparıcı Zuhal ötən günə qədər cütlüyün çox yaxşı münasibətdə olduğunu, hətta, birlikdə şam etdiyini deyib. Bundan sonra Naz proqramdan getmək istədiyini açıqlayıb və verilişi tərk edib.

Z.Topal iştirakçının fikirlərinə hörmət etdiyini vurğulayıb.

Gununsesi.info