Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev hökumət və parlamentin iclaslarında çıxış edə bilər.
Gununsesi.info xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Qazaxıstanın birinci prezidenti-millətin lideri” haqqında yeni qanunun mətnində deyilir.
Xatırladaq ki, bundan öncə məclis Qazaxıstanın keçmiş liderinin bir sıra dövlət strukturlarında ömürlük nümayəndələyini və sədrliyini ləğv edən yeni qanun qəbul edib.
Bununla bağlı müvafiq sənədlər qanunverici orqanın yuxarı palatası sayılan Senatın rəsmi saytında dərc olunub.
Sənəddə Nursultan Nazarbayevin həmçinin Konstitusiya şurasının tərkibinə daxil ola biləcəyi göstərilib.
Gununsesi.info