Nazarbayev ən böyük arzusundan danışdı

  • By admin
  • 10 Noyabr 2017 19:18

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Uzaq Şərqdə olmaq arzusunda olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki o, bu barədə Çelyabinskdə Rusiya-Qazaxıstan regionlararası əməkdaşlıq forumunda çıxış edərkən deyib.

O, hər iki ölkənin turizm potensialından danışıb.

N.Nazarbayev qeyd edib ki, Rusiyada qazaxıstanlı turistləri maraqlandıracaq çoxlu yerlər var:

“Rusiyada elə regionlar var ki, biz, qazaxıstanlılar hələ də tanımırıq. Mən Uzaq Şərqə, Kamçatkaya getməyi çox arzulayıram, amma heç cür alınmır”.

Gununsesi.info