

Qazaxıstan Nursultan Nazarbayev Bakıdan İrəvana gedəcək.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, Qazaxstan prezidenti Nursultan Nazarbayev Ermənistan prezidenti Serj Sərkisyanın dəvəti ilə oktyabrın 13-də İrəvana səfər edəcək.
Qeyd edək ki, Nazarbayev oktyabrın 12-də Azərbaycana rəsmi səfərə gələcək.
O Bakıdan İrəvana gedəcək və orada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin dövlət başçılarının toplantısında iştirak edəcək. Elə həmən gün də Nazarbayev yenidən Astanaya dönəcək.
Gununsesi.info