Nazarbayev ömürlük rəhbər seçildi

Похожее изображение

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik edə biləcək.

Bu qərarın verilmə səbəbi kimi Nazarbayevin ölkənin ilk prezidenti olması göstərilib. Şuraya isə ölkənin təhlükəsizliyi və sabitliyini təmin etmək, konstitusiyasını, müstəqillik, ərazi bütövlüyü və dövlətin siyasətini koordinasiya edən rəsmi qurum statusu verilib.

Qanun Qazaxıstan Konstitusiya Şurası və ölkə parlamentinin nəzarətindən keçəndən sonra ötən həftə Nazarbayev tərəfindən imzalanıb.

 

COMMENTS