Nazarbayev Özbəkistana gedir

  • By admin
  • 02 Sentyabr 2016 11:28
 kerimov ve nazarbayev
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Çinə səfərini təxirə salaraq təcili Özbəkistana səfər edəcək.
Gununsesi.info “Reuters”ə istinadən xəbər verir ki,  bu barədə onlara Qazaxstan hökumətindən məlumat verilib.
Nazarbayev sentyabrın 3-də  G20-lər sammitində iştirak etmək üçün Çinə səfər etməli idi. Ancaq Özbəkistan prezidentinin səhhəti ilə əlaqədar Çinə səfərini təxirə salaraq Özbəkistana gedəcək. 
Daha əvvəl “Fərqanə” informasiya agentliyi Səmərqənddə Özbəkistan prezidenti İslam Kərimovun dəfn edilməsi üçün mümkün hazırlıq barədə məlumat yayıb. Agentliyin mənbəsinə istinadən verdiyi xəbərdə bildirilib ki, ölkə prezidentinin ölümü barədə məlumat sentyabrın 2-də elan olunacaq, dəfn mərasimi isə sentyabrın 3-də keçiriləcək. Lakin informasiya Özbəkistan rəsmiləri tərəfindən təsdiq edilməyib.
Özbəkistan Nazirlər Kabineti prezident İslam Kərimovun ölüm xəbərini deyil, ancaq səhhətinin həddən ağır olması barədə məlumatı təsdiqləyib
Bir sıra KİV isə Özbəkistan baş naziri Şavkat Mirzoyevin artıq Səmərqənddə olduğunu yazır.
Gununsesi.info