Nazarbayev və ailəsi bütün imtiyazlarını itirdi - Tokayev qanun imzaladı

  • By admin
  • 15 Fevral 2023 21:42

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev 2000-ci ildə qəbul edilmiş xüsusi statusundan məhrum edilib.

Gununsedi.info Azpost.info-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qanun imzalayıb.

“Qazaxıstanın birinci prezidenti – Elbası haqqında” Qazaxıstanın Konstitusiya qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında” qanun imzalanıb”, – məlumatda deyilir.

Xüsusi status qanunu Nazarbayevin və onunla birlikdə yaşayan ailə üzvlərinin əmlakının toxunulmaz olduğunu və onları həbs etmək mümkün olmadığını nəzərdə tuturdu.

Qanuna əsasən, dövlət Nazarbayev və ailəsinin saxlanması xərclərini də öz üzərinə götürmüşdü.

Gununsesi.info