Nazarbayev xalqa müraciət edib - VİDEO

  • By admin
  • 18 Yanvar 2022 16:11

Nəhayət, Nursultan Nazarbayev uzun sürən susqunluğunu pozub.

Gununsesi.info xəbər verir ki, Qazaxıstanın sabiq Prezidenti, ölkədə baş verən qarşıdurmalar zamanı və ondan sonrakı dövrdə üzə çıxmayan Nursultan Nazarbayev gözlənilmədən özünün rəsmi “Youtube” kanalında efirə çıxaraq, xalqa müraciət edib.

HTML tutorial

Nazarbayev müraciətində paytaxt Nursultanda olduğunu və heç yerə getmədiyini deyib. Sabiq Prezident ölkədə baş verən məlum hadisələri “Qazaxıstana hücum” kimi dəyərləndirib və hazırkı Prezident Kasım-Jomert Tokayevi tam dəstəklədiyini qeyd edib.

Nazarbayev deyib ki, 2019-cu ildə pensiyaya çıxıb və səlahiyyətlərini Tokayevə verib. Tokayevin Təhlükəsizlik Şurasının sədri və tezliklə hakimiyyət parityasının rəhbəri olacağını deyən Nazarbayev, ölkənin siyasi elitasında heç bir qarşıdurmanın olmadığını bildirib.

 

Gununsesi.info